İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?
Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan və istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur.
SİA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergiödəyicisi olmaq hüququna malikdirlər.
Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB