"4470 metr istilik xətti yenisi ilə əvəz olunub" - QURUM RƏSMİSİ
"Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarında istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədi ilə 2022-2023-cü illər payız-qış mövsümü ərzində ən zəruri işlər görülmüş, o cümlədən, qəza-təmir işlərinin operativ aradan qaldırılması təmin edilmişdir". SİA xəbər verir ki, bu sözləri "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 4470 metr məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub: "22 dəst istilik mübadilə aparatları təmir olunmuş, 31 ədəd kimyəvi su yumşaltma qurğuları və müxtəlif diametrli 586 ədəd siyirtmə təmir olunmuşdur".
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB