Növbəti illərdə Azərbaycan ixracatında hansı sahə əsas paya malik olacaq? - İQTİSADÇI-EKSPERT DANIŞDI

“Son illərdə Azərbaycanda elektrik enerji istehsalının artması müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, elektrik enerji istehsalının çoxalması həm də Azərbaycan üçün ixrac imkanları deməkdir: “Praktik olaraq Azərbaycan idxalçı ölkədən ixaracatçı ölkəyə çevrilib. Bu da təbii ki, Azərbaycanın gücünü xüsusən də elektra energetika sahəsində potensialını göstərən faktorlardan biridir. Artıq enerji sektoru yeni mərhələyə qədəm qoyur. Azərbaycan xüsusən də yaxın illərdə yaşıl enerjinin istehsalını artırmaq niyyətindədir. Yaşıl enerji Avropa İttifaqına da ixrac olunacaq. Bu baxımdan enerji istehsalındakı artım bir tərəfdən daxili tələbatı ödəməyə imkan verir, digər tərəfdən isə elektirik enerijisini ixrac etməklə ölkəyə valyutanın daxil olmasına nail ola bilər. növbəti illərdə xüsusən də 2026-ci ildən etibarən Azərbaycan ixracatında elektrik enerjisinin xüsusi paya malik olacağı gözlənilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə