Mavi qazın nəqlinin artırılması ölkə iqtisadiyyatına necə təsir edir? - MİLLƏT VƏKİLİ DANIŞDI
"Bütövlükdə Azərbaycanın qaz ixracatında artımlar müşahidə olunur. Bununla yanaşı Azərbaycanın Avropaya ixrac etdiyi qazın nəqlində də artımlar var". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm Avropaya, həm də Türkiyə və Gürcüstana mavi qazın ixracatını artırır: "Mavi qazın ixracatının artması bir tərəfdən ölkəyə daxil olan valyutanın həcminin artması baxımından vacibdir. Təbii ki, bu hal Azərbaycanın iqtisadi gücünün artması istiqamətində əsas faktorlardan biridir. Digər tərəfdən isə bu hal Azərbaycan-Avropa enerji təhlükəsizliyinin formalaşmasında rolunun artması anlamına gəlir. Azərbaycan Avropada enerji təhlükəsizliyinin formalaşmasına daha yaxından dəstək olur. Bu hal ölkəmizin və bütövlükdə regionun təhlükəsizliyinə verdiyi töhfənin artmasına gətirib çıxardır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB