"Mc Donalds" şəbəkəsi Azərbaycanda bağlanarsa nə baş verə bilər? - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Mc Donalds" şəbəkələri Azərbaycanda bağlanarsa bu halın ölkə iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirləri olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

O qeyd edib ki, ilk növbədə müsbət tərəfləri ondan ibarətdir ki, "Mc Donalds" şəbəkələri bağlanarsa kifayət qədər digər yerli iaşə müəssisələrimizə fürsət imkanları yaranacaq: "Çünki bu şəbəkənin kifayət qədər müştəri kütləsi var və bu müştəriləri cəlb etmək yerli iaşə obyektləri üçün çətindir. Lakin bayaq da qeyd etdiyim kimi bunun mənfi tərəfləri də vardır.

Azərbaycanda təxminən 22 "Mc Donalds" şəbəkəsi fəaliyyət göstərir. Bu markanın şəbəkələri də il keçdikcə daha da çoxalır. Misal olaraq 2017-ci ildə 10, 2019-cu ildə 17, hazırda isə 22 şəbəkə fəaliyyət göstərir. Bu illər ərzində də təxminən 7 mindən artıq insan burada fəaliyyət göstərib və hal-hazırda da dəqiq say bilməsəm də qeyd edə bilərəm ki, 1200-dən çox vətəndaş "Mc Donalds" şəbəkələrində çalışır. Təbii ki, bu rəqəm böyük işçi kütləsini özündə ehtiva edir. Əgər "Mc Donalds" şəbəkələri bağlanarsa bu qədər insanda işsiz qalacaq. Bütün hallarda "Mc Donalds" şəbəkələrinin bağlanması yeni iaşə obyektlərinin açılması ilə nəticələnməyəcəksə, o zaman "Mc Donalds" restoranlarının bağlanmaması Azərbaycan üçün daha faydalıdır. Yəni bütün hallarda bu tip brendlərin bağlanması halına ümumi kontekstlə bağdığımız zaman xeyirdən daha çox zərər verir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə