Bitkoinin qiyməti 10 %-dən çox artıb

Bitkoin (BTC) hərrac sessiyası zamanı 10 %-dən çox bahalaşaraq 27 472 min ABŞ dollarına çatıb. SİA xəbər verir ki, bu barədə “Coindesk” platformasının Bakı vaxtı ilə saat 02:29-a olan məlumatında deyilir.

Ən yüksək nöqtə 2:45-də qeydə alınıb, BTC 27 818 dollara çatıb. Sonra saat 3:00-da 27 633 dollar səviyyəsinə düşüb.

2022-ci ilin noyabrında bitkoinin qiyməti 2020-ci ilin noyabrından bəri ilk dəfə olaraq 16 000 dollardan aşağı düşüb.

Xatırladaq ki, bitkoinin dəyəri 2022-ci il iyunun 12-dən bəri ilk dəfə 27 min dolları ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə