"Ölkə ərzaq məhsullarına olan tələbatı öz hesabına ödəyə bilir" - İQTİSADÇI DANIŞDI
"Azərbaycanda yumurta və ət istehsalı daxili tələbatı ödəmək üzrə ən yaxşı göstəriciyə sahib olan ərzaq məhsullarındandır. Bununla belə hər iki məhsuldan ölkəyə idxal edilir. Çünki hər iki məhsul eyni zamanda da ölkədən ixrac olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, istənilən ölkədə istehsal olunmuş məhsul eyni zamanda xaricə ixrac edilir, bu zaman ölkəyə idxalın olması da normal haldır: "Əgər biz ixracı dayandırsaq, o zaman təbii ki, ölkəni ərzaq məhsulları ilə tam təmin etmək mümkün olacaq. Lakin hansısa sahibkara ixracı qadağan etmək olmaz. Müəyyən tənzimləmə metodları ilə həcmini azaltmaq mümkün olsa da, bunu birbaşa qadağan etmək doğru olmaz. Bu baxımdan da ixrac nəzərə alınmasa, ölkə ərzaq məhsullarına olan tələbatı öz hesabına ödəyə bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB