Mərkəzi Bankın 5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

Mərkəzi Bankın 5 milyard manatlıq notları dövlət qeydiyyatına alınıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2022-ci ildə ölkədə Mərkəzi Bankın 5 milyard 10 milyon manat dəyərində notları, 2 milyard 400 milyon manat dəyərində dövlət istiqrazları, 907,8 milyon manat dəyərində korporativ istiqrazları, 720,9 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.
SİA-ya verilən məlumata görə, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 4 milyard 897,2 milyon manatlıq notları, 2 milyard 406,8 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 316,2 milyon manatlıq korporativ istiqrazları və 268,1 milyon manatlıq səhmlər yerləşdirilib. 2022-ci ildə nominal dəyəri 657,1 milyon manat olan dövlət istiqrazları, 470,3 milyon manatlıq korporativ istiqrazları, 351,7 milyon manatlıq Mərkəzi Bankın notları və 135,1 milyon manatlıq səhmlər tədavüldə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə