"2016-2022-ci illərdə 570-dən artıq investisiya təşviqi sənədi verilib"
2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən artıq investisiya təşviqi sənədi verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda təşkil olunmuş konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Sahibkarların həyata keçirəcəkləri layihələr nəticəsində 5,5 milyard manatdan çox investisiyanın yatırılacağı, 38 minədək yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Layihələrin 14 faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86 faizi isə regionların payına düşür", -deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB