"Bu qaydalar regionlar üzrə mərhələli şəkildə tətbiq olunmağa başlayır" - KTN RƏSMİSİ

"İlkin olaraq koorporativlərlə bağlı məsələlər səsləndirildi. Qeyd edim ki, bu barədə problemli hissələr var. Bu haqda qanunvericiliyə yeni təkliflər hazırlamış və dövlət orqanları ilə qarşılıqlı şəkildə çalışırıq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyi Apelyasiya Şurasının Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev deyib.

O, sözlərinə belə davam edib: "Bundan başqa, əkinlərlə bağlı məsələlər də var. Vahid qaydalar qəbul edilib və bu qaydalar regionlar üzrə mərhələli şəkildə tətbiq olunmağa başlayır. Belə ki, hər hansı bir bölgədə vahid sahə və bitkilər müəyyən olunur. Burada fermerlər iştirak etdikcə suvarma və gündəlik qulluq da öz əksini tapır.

İcarə ilə bağlı məsələyə gəldikdə isə icarə verən subyekt yerli icra hakimiyyəti orqanlarıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə