Köhnə tikili, yoxsa yeni binadan mənzil almaq sərfəlidir? - ARAŞDIRMA
Bir çox vaxtlarda mənzil alarkən vətəndaşlar tərəddüd içində qalırlar. Buna görə də, hər hansı bir mənzili satın almadan əvvəl həmişə müqaviləni, inşaatçının sənədlərini yoxlamaq və riskləri qiymətləndirmək lazımdır. Bu məqsədlər üçün daşınmaz əmlak hüquqşünasla iş görmək daha məsləhətlidir.
Köhə və yeni tikililər alarkən hansı faktorları əsas götürmək lazımdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Mənzil alarkən əsas risk fırıldaqçıların tələsinə düşməsinin qarşısını almaq üçün torpaq, kommunikasiyalar, tikinti şəraiti və s. üçün sənədləri yoxlamaq lazımdır.
Sənədlərin yoxlanılması bir çox riskləri aradan qaldırır.
Yeni tikililərdən mənzil alarkən ödənişin ödənilməsi ilə mənzilə köçməsi arasında uzun müddət var. Bir evin tikintisinin başlanğıc mərhələsində bir mənzilin alınmasına sərmayə qoyanda, yalnız 2-3 ildən sonra ora köçmək mümkün olur.
Bəzən şirkətlərin razılaşdırılmış müddət ərzində evi təhvil verməyə vaxtı olmur. Bəzən də tikinti prosesinin maliyyələşdirilməsi ilə bağlı problemlər və ya artıq bitmiş evin istismara verilməsində gecikmələr yaranır.

Mənzilin qiyməti və gözləntiləri
Yeni tikili və köhnə tikili mənzilin alış qiyməti olduqca mürəkkəb parametrdir, çünki onlar adətən tamamilə fərqli evləri fərqli yerlərdə müqayisə edirlər.
Nəzərə almaq lazımdır ki, yeni tikililərdə bəzən mənzilə köçənə qədər gözləmək 2-3 il çəkir, bu zaman ərzində tərtibatçı ilə bağlı problemlər səbəbindən mənzilinizi tamamilə itirmək kimi risklər yaranır.
Alqı-satqıdan sonra mənzildə əvvəlcədən qeydiyyada olanlar qeydiyyatdan çıxmaları ilə bağlı öhdəlik götürürlər. Lakin çox zaman şahid oluruq ki, öhdəlik götürülsə də, qeydiyyatdan çıxılmır. Çünki mənzili satan vətəndaşın ya qeydiyyata düşəcək başqa yeri olmur, ya da aldığı növbəti mənzil yeni binada olduğundan və çıxarışı olmadığına görə qeydiyyata düşə bilmir.

Ekspertlər bildirir ki, Bakıda sıxlıq çox olduğundan vətəndaşlar daha çox şəhər ətrafında yaşamağa üstünlük verirlər:

Azərbaycan Qiymətləndirmə Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc: "Adından da göründüyü kimi, köhnə binalarda yerləşən mənzillərlə yeni binalarda tikilən mənzillər arasındakı fərq onların inşa dövrünə görə müəyyənləşir. Köhnə binaların müəyyən yaşı var və həmin yaş onların yeni binalardan daha çox aşağıda olduğunun göstəricisidir. Binalar tikililər ortalama götürdükdə hər il 1,2 faiz aşınma prosesinə məruz qalır. Ona görə də köhnə tikililərdə bu aşınma artıq tikildiyi ilə görə fərqli dövrləri özündə əks elətdirir. Məsələn elə binalar var ki, 50/60 il sakinlərə qulluq göstərir. Həmin binalarda mənzil almaq o qədər də məsləhətli deyil . Yaş etibarilə onların həm fiziki aşınması yüksəkdir, həm də mənəvi aşınmaya məruz qalırlar. Yəni bu onların planlaması, komfort səviyyəsi bu gün üçün uyğun deyil. Tutaq ki kimsə investisiya qoyub mənzil əldə edib, onu kirayə vermək istəyirsə birmənalı şəkildə yeni tikiliyə üz tutmalıdır.
Kirayə qalmaq istəyənlərin çoxusu yeni tikililərə üz tutur. İqtisadi baxımından da onların səmərəliyi yoxdur. Yəni köhnə tikililərdə həm fiziki, həm iqtisadi, həm də mənəvi aşınma mövcuddur.
Yeni tikililər daha çox işıqlı və hündür olur. Köhnə tikililərdə otaqlarda hündürlük 2,5 m-dən 2,8 m-ə qədərdir. Çox hallarda yeni tikililərdə bu 3 metrin üzərindədir. Genişlik, hündürlük, gözəoxşarlıq baxımından da yeni tikililər fərqlənir. Müasir tikililəri daha çox yeni tikinti materiallarından ərsəyə gətirirlər. Həm liftlərin yeni dizayn və texnologiyaya uyğun olması, həm də həyətlərin geniş və asudə vaxtın təşkili üçün müəyyən şəraitə malik olması, eyni zamanda, binalara göstərən qulluq köhnə binalardan fərqlənir. Vətəndaşların bir çoxu yeni binalarda aylıq ödəniş edirlər ki, onlara xidmət göstərilsin. Fərqli cəhətlərdən biri də yeni tikililərdə həyətlərin bağlı olması və mühafizə sistemin olmasıdır.
Bütün bunları nəzərə alaraq müasir insanlar daha çox yeni tikililərdə yaşamaq arzusundadırlar. Məsələn, yeni tikililərdə bir otaqlı 50/60 kv civarındadırsa, köhnələrdə bir otaqlı 22/29 kv-dır. Bu, özü böyük bir fərqdir".
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB