2524 milyon manatlıq nağdsız ödənişlər həyata keçirilib

2524 milyon manatlıq nağdsız ödənişlər həyata keçirilib

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1908 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47,4 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə