7 ildə avtobusların 70 %-dən çoxu yenilənib - MAİS AĞAYEV

Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində son 7 ildə paytaxtda istismarda olan avtobusların 70 %-dən çoxu yenilənib. SİA xəbər verir ki, bu fikirləri xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O qeyd edib ki, pandemiyadan öncəki dövrdə avtobuslarla sərnişin səfər sayları hər il artıb: "2016-cı ildə 629 milyon, 2017- də 659 milyon, 2018-ci ildə 704 milyon, 2019-cu ildə 801 milyondan artıq sərnişin səfər sayı olub. 2016 və 2018-ci illər aralığında sərnişin səfər sayı 170 milyon, yəni 27 %-dən çox artıb. Amma pandemiyanın gəlişi ilə səyahət sayında 50 %-ə qədər azalma oldu. Bu tendensiya dünyanın bütün şəhərlərində müşahidə edildi. Təhlillər göstərir ki, həmin şəhərlərdə son iki ildə ictimai nəqliyyata etibar yenidən artmağa başlayıb. Buna onlar yollarda avtobus zoıaqlarının tətbiqi ilə nail olub. Misal olaraq Tiflis şəhərini göstərə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə