On ayda 89,9 min ton neft bitumu ixraca göndərilib

On ayda 89,9 min ton neft bitumu ixraca göndərilib

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 88,9 min ton neft bitumu ixrac olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 25,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq aylarında ölkədən 151,7 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 33,3 milyon ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə