“Azərbaycan iqtidadiyyatı 2004-2021 illər ərzində 3, 4 dəfə artıb” - ELNUR ƏLİYEV

“Azərbaycan iqtidadiyyatı 2004-2021 illər ərzində 3, 4 dəfə artıb” - ELNUR ƏLİYEV

“Ölkəmizdə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, qlobal müstəvidə, geosiyasi gərginliyin artması 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prossesləri bir qədər də intensivləşmişdir”. SİA xəbər verir ki, bu fikirləri Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 9.7% artmışdır: “Ümumilikdə Azərbaycan iqtidadiyyatı 2004-2021 illər ərzində 3, 4 dəfə artmışdır.
Bu illər ərzində sənaye istehsalı 3,7 dəfə, kənd təsərrüfatı istehsalı 2 dəfə, ixrac 9,2 dəfə, o cümlədən qeyri-neft ixracı 7,3 dəfə, valyuta ehtiyatlarımız 33 dəfədən çox, xarici ticarət dövriyyəmiz isə 6,8 dəfə artıb. Azərbaycanın yeni strateji inkişaf mərhələsində iqtisadiyyatın innovasiyayönümlülüyünün və maliyyə dayanıqlığının gücləndirilməsi ilə bu ilin 10 ayında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 46 milyard ABŞ dollarından artıq olub, 23 milyard ABŞ dollarından çox müsbət saldo formalaşıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə