İnflyasiya mal və xidmətlərin ümumi qiymət səviyyəsinin davamlı artmasıdır. Eyni zamanda, bəzi mallar nəzərəçarpacaq dərəcədə bahalaşa bilər, digərləri ucuzlaşa bilər, bəziləri isə ümumiyyətlə qiymətdə dəyişməyə bilər.
Əsasən, mal və xidmətlərin qiymətləri bazarda tələb və təklifdən asılıdır və bəzi qiymətlər dövlət tərəfindən tənzimlənir. Məsələn, fermerlər tərəvəzdən yaxşı məhsul götürsə, pomidor və kartofun qiyməti düşəcək. Əgər dövlət eyni zamanda alkoqolun aksizlərini artırsa, spirtli içkilərin qiyməti kəskin artacaq.
Hiperinflyasiya - qiymətlərin hədsiz dərəcədə artmasıdır. Tipik olaraq, hiperinflyasiya ağır böhranlar və müharibələr zamanı baş verir.
Postsovet Rusiyasında 1992-ci ildə rekord (ildə 2500 faizdən çox) inflyasiya qeydə alınmışdır.
İnflyasiya niyə yüksəlir?
İnflyasiya bir çox səbəblərə görə yüksələ bilər:
Tələbatın artması. Elə olur ki, insanlar birdən müəyyən məhsullardan daha çox almağa başlayırlar. Məsələn, mobil telefonlar əlverişli olanda hamıda mobil rabitədən istifadə etmək istəyi yaranır. Ona görə də mobil rabitənin qiymətləri yüksəlməyə başlayır. İstənilən çatışmazlıq qiymətlərin sürətlə artmasına səbəb olur.
Milli valyutanın zəifləməsi.Valyuta məzənnəsi qalxarsa, o zaman idxal olunan mallar avtomatik olaraq bahalaşır. Bu da inflyasiyanın artmasına səbəb olur.
Yüksək inflyasiya gözləntiləri. İnsanlar və şirkətlər qiymətlərin kəskin artacağını gözlədikdə, onlar tez-tez istehlakçı davranışlarını dəyişməyə başlayırlar. Gələcəkdə istifadə üçün mal alırlar və daha az qənaət edirlər. Axı, sabah artıq ödəməkdənsə, bu gün ucuz almaq daha məntiqlidir. Şirkətlər də öz növbəsində məhsullarının qiymətini qaldırmağa başlayırlar. Məsələn, pendir istehsalçısı süd qiymətlərinin artacağını gözləyir. Gələcək xammala olan xərclərini ödəmək üçün əvvəlcədən malının qiymətini qaldırmağa başlayır.
İnflyasiyanın əmələgəlmə səbəbləri həm daxili, həm də xarici ola bilər. Xarici səbəblərdən biri əsasən xarici ticarətdən mədaxilin azalmasıdır. Daxili səbəblərə ölkə, hökümət daxilində inflyasiyaya səbəb olan prosesləri aid etmək olar. İnflyasiyanı yaradan səbəbləri müəyyən etmək ən vacib məsələdir.
İqtisadiyyatın hərbləşdirilməsi.
Azad rəqabətin inhisarla əvəz olunması.
Gəlirlərin yenidən bölgüsü.
Pul krediti və vergi sahəsində düzgün olmayan siyasətin aparılması.
Büdcə kəsrinin mövcudluğu.
Pul tədavülü qanununa əməl olunmaması.
Sərmayə qoyuluşunun həcmi.
Əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması.
Xarici iqtisadi amillər və s. inflyasiyanın artmasına səbəb olur.
Bəs ölkəmizin iqtisadiyyatında vəziyyət necədir?
SİA mövzu ilə bağlı araşdırma edib.
Pul kredit və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur. Belə ki, dövlət faiz dərəcəsini qaldırmaqla süni surətdə krediti bahalaşdırır. Bəzi müəssisələr yüksək faiz dərəcəsini ödəmək üçün əmtəələrin qiymətini artırır. Həmçinin düzgün olmayan vergi siyasəti nəticəsində, yəni mənfəətdən alınan verginin artırılması istehsala sərmayə qoyuluşunu azaldır. Buna müvafiq olaraq istehsal azalır. Belə olan halda istehsal azalır əmtəələrin qiyməti artmağa başlayır.
Büdcə kəsrinin mövcudluğu. Hər bir ölkənin büdcəsində az və ya cox dərəcədə büdcə kəsri problemi mövcuddur. Dövlət gəlirlərinin xərclərdən az olması nəticəsində dövlət büdcəsinin kəsrinin artması və büdcə kəsirinin yerinin doldurmaq üçün tədavülə yeni pul kütləsinin buraxılması inflyasiyaya səbəb olur.
Pul tədavülü qanununa əməl olunmaması. Real iqtisadiyyatda pulun miqdarı heç də pul tədavülü qanununun tələblərinə uyğun tənzimlənmir. Məlumdur ki, pul tədavülü mərkəzi bankın inhisarındadır. Zəruri halda dövlət pul kütləsinin təklifini artırır bu da inflyasiyaya səbəb olur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin oktyabr ayında Azərbaycanda inflyasiya sentyabr ayında qeydə alınmış 3,1% səviyyəsində inflyasiyaya qarşı 1,6% təşkil edib.
“Oktyabrda respublikada inflyasiya 1,6% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,2%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin oktyabr ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 15,6% təşkil edib. Cari ilin oktyabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 21% bahalaşıb.
Statistik məlumatlara görə, oktyabrda ət və ət məhsulları 2,8%, çörək və çörək məmulatları 1,8%, spirtli içkilər 0,3%, süd məhsulları 1,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 1%, kərə və bitki yağları 0,8%, yumurta 2,7%, tərəvəz 5,8%, balıq və balıq məhsulları 2,4%, tütün məmulatları 0,1%, çay və kakao 6% bahalaşıb.
Hesabat ayında meyvə 1% ucuzlaşıb.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə