“8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib“
Mövsümdən öncə yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılmış və 214 yaşayış binası, 37 təhsil müəsisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib”. SİA xəbər verir ki, xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı aidiyyatı qurumlara müvafiq məlumat verilib: “Təssüf ki, hazırda 191 yaşayış binası, 19 təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmamışdır. "Azəristiliktəchizat" ASC-nin məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx temasdadır və qarşılıqlı işgüzar şəraitdə mövcud problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilməkdədir.
Məlumat üçün bildiririk ki, ümumilikdə ölkə üzrə məktəblərin 92%-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8%-i "Azəristiliktəchizat" ASC-ə məxsus qazanxanalar vasitesi ilə həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB