Nizami Gəncəvinin 880 illiyi Salonikidə də qeyd olunub

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar həm ölkədə, həm də ölkəmizdən kənarda silsilə tədbirlər keçirilir.

SİA xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti “Nizami Gəncəvi İli” çərçivəsində Saloniki səhərində “Nizami Gəncəvi-880” adlı fotosərgi təşkil edib.

Tədbirdə yunan tarixçi-alimi Sokrat Angelidis tərəfindən Nizami irsinin yunanca təqdimatı keçirilib və 2022-ci təqvim ili üçün Nizaminin aforizmlərindən ibarət illik təqvimin nəşri təqdim olunub, küçə və yollarda braşuralar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə