Özbək filmi “Oskar” mükafatına namizədlər siyahısında

Özbəkistan ssenaristi və rejissoru Elkin Tuyçiyevin “Fəridənin iki min mahnısı” filmi “Ən yaxşı xarici bədii film” nominasiyasında “Oskar” mükafatına namizədlər siyahısına salınıb.

SİA Özbəkistan mətbuatına istinadla xəbər verir ki, film 2020-ci ildə “Özbəkkino” Agentliyinin sifarişi ilə “Fox Music Cinema” kino şirkəti tərəfindən çəkilib.

Bildirilir ki, Özbəkistandan başqa öz filmlərini bu mükafata dünyanın 93 ölkəsi təqdim edib.

Film keçən əsrin əvvəllərində Türküstanda bir ailənin timsalında baş verən siyasi hadisələrdən bəhs edir.

“Fəridənin iki min mahnısı” filmi ötən ilin noyabrında Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyini əhatə edən “Moskva premyerası” festivalında “Qran-pri”ni alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...