Türkiyədə Avrasiyanın ən gözəl uşağı seçilib

Türkiyədə keçirilən “Best Children of Eurasia 2021” gözəllik və istedad müsabiqəsinin qalibi məlum olub.

Məlumata görə, Antaliya şəhərində dünyanın müxtəlif ölkələrindən 20 iştirakçının qatıldığı Avrasiyanın ən gözəl qızı adı uğrunda mübarizədə doqquz yaşlı rusiyalı Evanjelina Melnikova birinci yeri tutub.

Qeyd edək ki, bu, Evanjelina Melnikovanın ilk qələbəsi deyil. 2020-ci ildə o, “Little Miss World Russia” müsabiqəsinin “Qran Pri”sini qazanmışdı, bu isə ona ölkəni beynəlxalq səviyyədə təmsil etməsinə şərait yaratdı.

Evanjelina Melnikova baletlə məşğuldur. Bundan başqa o, rəsm çəkməkdən zövq alır və pianoda ifa edir.

Bütün xəbərlər Facebook səhifəmizdə