“Zəfərin izi ilə” adlı kitabın təqdimatı olacaq - ANONS

Noyabrın 10-da Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” (azad olunmuş ərazilərdən ilk reportajlar toplusu) adlı yeni kitabının təqdimat mərasimi və imza günü olacaq. SİA-nın məlumatına görə, kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxildir.

Oxucular kitabda 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərimizin mövcud durumu, eləcə də düşmən vəhşilikləri nəticəsində Qarabağda yerləşən tarixi-mədəni abidələrin, yaşayış məntəqələrinin, şəhərlərin düşdüyü acınacaqlı vəziyyətlə tanış ola bilərlər.

Qeyd edək ki, "Zəfərin izi ilə” “Mücrü” nəşriyyatında çap olunub. Kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.

Təqdimat mərasimi saat 18:00-da "LIBRAFF"ın "Park Akademiya" filialında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə