“Dənizdən gələn səda” Əlcəzair portalında

Əlcəzairin ədəbiyyat portalında Sabir Əhmədlinin hekayəsi və yazıçının yaradıcılığı haqqında məlumat yer alıb

Əlcəzairin populyar “Aladabia.net” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin ərəb dilinə tərcümə edilmiş “Dənizdən gələn səda” hekayəsinin və yazıçının yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, hekayənin orijinaldan ərəb dilinə tərcümə müəllifi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, geniş oxucu auditoriyası olan portal 20-dən çox ərəb ölkəsində yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə