Qazaxıstanın mədəniyyət paytaxtı Almatıda 6-cı Türk Filmləri Həftəsi kinosevərlərin böyük marağı ilə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyi başda olmaqla Türkiyənin Almatıdakı Baş Konsulluğunun dəstəyi ilə “Yerli Düşüncə Dərnəyinin” təşkil etdiyi 6-cı Türk Filmləri Həftəsinin açılış qalası Almatıdakı Arman Kino Salonunda “7-ci palatadaki möcüzə” filminin nümayişi ilə reallaşıb. SİA bu barədə türk mətbuatına istinad edir.
Tədbir çərçivəsində türkiyəli futbolçular azarkeşləri ilə bir araya gəlib. Türk Filmləri Həftəsi səbəbiylə uğurlu rejissorların mükafata layiq görülmüş filmləri nəhəng ekranlarda olacaq. Filmlər nümayiş etdirildikdən sonra sənətçilərlə tamaşaçılar bir araya gələcək. Türk Filmləri Həftəsi 31 oktyabra qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB