"Davam" Müslüm Maqomayevin xatirəsini yad edib - FOTOLAR

26 oktyabr tarixində "Davam" Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən "Davam" Mədəniyyət Klubunun təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə musiqi dünyamızın əbədi səsli sənətkarı Müslüm Maqomayevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub. Konsertdə "Davam" Gənclər Hərəkatının katibliyi və 100-dən çox davamçı gənc iştirak edib. SİA-nın verdiyi məlumata görə, konsertin əvvəlində “Davam” Mədəniyyət Klubunun aktiv üzvü Nadir Səlimovun truba ilə ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardından klubun aktiv üzvləri Kamal Axundov və Sübhan Hüseynlinin ifasında Müslüm Maqomayevin unudulmaz səsi ilə yadda qalan mahnılar səsləndirilib. Proqram müddətində ifalar arasında böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən müxtəlif videoçarxlar nümayiş olunub.

Konsertin sonunda "Davam" Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev gənclərə gözəl təşkilatçılıq üçün minnətdarlıqlarını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...