Belarus "Avroviziya-2022"-də iştirak etməyəcək

Belarus "Avroviziya-2022" müsabiqəsində iştirak etməyəcək.

SİA "İnterfaks"a istinadən bildirir ki, bu barədə müsabiqənin rəsmi saytında bildirilir.

Bildirilir ki, Belarus müsabiqəyə buraxılmayıb. İyulun 1-dən Belteleradioşirkətin Avropa Yayım Birliyi sıralarında üzvlüyü dayandırılıb.

Qeyd edək ki, 66-cı "Avroviziya" müsabiqəsi 10,12 və 14 may tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə