..."Azərbaycan operetta inciləri" təqdim olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan operetta inciləri" konsert proqramı təqdim olunub.
SİA-nın məlumtına görə, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın orkestri, balet truppası, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqaları iştirak ediblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə