İranlı musiqiçi İstanbulda konsert verəcək

İranlı musiqiçi Doktor Bijan Mortazavi Türkiyədəki pərəstişkarlarının qarşısında olacaq.

Mortazavi noyabrın 4-də İstanbulun Beşiktaş rayonundakı Mustafa Kamal Mədəniyyət Mərkəzində 100 nəfərlik simfonik orkestri ilə konsert verəcək. İstanbul üçün xüsusi repertuar hazırlayan Mortazavi, konsertdə dörd yeni əsərini ilk dəfə səsləndirəcək. Konsert İran televiziyasında da yayımlanacaq.

SİA bu barədə türk mətbuatına istinad edir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə