II Azərbaycan beynəlxalq vokalçılar festivalının üçüncü günü başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizidə tanıyın” konsert proqramı təqdim olunub.

SİA xəbər verir ki, beynəlxalq Muğam Mərkəzində baş tutan konsert proqramında müxtəlif musiqi məktəblərinin şagirdləri tanınmış bəstəkarların əsərlərini ifa ediblər.

Tədbir tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə