Polşalı aktyor Pavel Noviş vəfat edib

Polşalı aktyor Pavel Noviş 81 yaşında vəfat edib.

SİA “RİA Novovsti”-yə istinadən xəbər verir ki, bu barədə "Xoşbəxtliyin rəngi" serialının çəkiliş qrupu məlumat yayıb.

“Böyük təəssüf hissi ilə görkəmli aktyor və dostumuz Pavel Novişin ölümünü elan edirik. Serialın yaradılmasında onunla işləməkdən şərəf duyuruq və onu heyranlıq hissi ilə xatırlayacağıq”, - deyə serialın “Facebook” hesabında bildirilir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə