Film festivalın baş mükafatını qazanıb

“Caspian News” yazır ki, Azərbaycanın “Sonuncu” sənədli filmi Yahorinada (Bosniya və Herseqovina) keçirilən Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalında ən yüksək mükafata layiq görülüb.

Xatırladaq ki, sentyabrın 22 -dən 25 -dək festivala MDB, İtaliya, Yunanıstan, ABŞ və Serbiya daxil olmaqla ondan çox ölkədən 30 film təqdim edilib. "Qızıl ağcaqayın" mükafatına layiq görülən "Sonuncu" filmi Bakı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Salnaməfilm Studiyası tərəfindən lentə alınıb. Filmin icraçı prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynovdur. Filmin ssenari müəllifləri Esmira Eyyub və Fariz Əhmədov, operatoru Mateuş Çuxnovskidır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə