Şimali Kiprdə “3 ölkə bir festival” beynəlxalq film festivalı

Şimali Kiprdə beynəlxalq film festivalı keçirilib.

SİA Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin məlumatına istinad edir

Cəmiyyətin sədri Orxan Həsənoğlu bildirib ki, Şimali Kipr Türk Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikasının təmsil olunduğu “3 ölkə tək festival”ına ümumilikdə 50-dən çox ölkədən, 1600 qısa metrajlı film daxil olub.

Tədbirdə Lefkoşa Türk Bələdiyyəsinin sədri Məhmət Harmancı, Kıbrıs-Amerika Universitetinin rektoru, professor Gökçə Keçəçi çıxış ediblər.

Üç qardaş ölkə nümayəndələri bir layihədə həmrəyliklərindən məmnunluqlarını ifadə ediblər.

Rektor sənəti və sənətkarı dəstəkləyən bir elmi mühit formalaşdırılmasının təqdirəlayiq olduğunu vurğulayıb.

Festivalda təqdim olunan qısametrajlı filmlərin qalibi olan, filmin quruluşçu rejissoru Məhmət Köprüyə aid “Qoca yörüğün toxumları” filminin təqdimatı olub. Film tədbir iştirakçıları tərəfindən maraqla izlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...