Azərbaycan “İpək yolu dürdanəsi” kinofestivalında

Sentyabrın 28-dən oktyabrın 3-dək Daşkənddə “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestival keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda 14 ölkədən gələn 350 qonaq iştirak edəcək, 150 film nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə