Bu il Nobel laureatları öz ölkələrdə mükafatlandırılacaq

Bu il davam edən koronavirus pandemiyası səbəbindən Nobel mükafatları Stokholmda rəsmi mərasimdə deyil, laureatların yaşadıqları ölkələrdə veriləcək.

SİA bu barədə məlumatı Nobel Fondu ilə bağlı yayılan mənbəədən əldə edib.

Stokholmda yalnız yerli ictimaiyyət üçün mərasim keçiriləcək.

Eyni zamanda, Norveç Nobel Komitəsi Nobel Sülh Mükafatı laureatlarının dekabr ayında Norveçin paytaxtına keçiriləcək mərasimə gələ biləcəyini hələ də istisna etmir.

Nobel mükafatının laureatları oktyabrın 4-dən 11-dək elan ediləcək, mükafatların təqdimatı Nobel Həftəsi çərçivəsində dekabrın 10-na planlaşdırılıb.

Hər il 10 dekabrda keçirilən mükafatlandırma mərasimi keçən il "Covid-19" epidemiyası səbəbindən təxminən 60 ildə ilk dəfə ləğv edildi. Bu il ləğv edilən mükafatlandırma mərasimi rəqəmsal platformada keçiriləcək.

"Covid-19" tüğyan etmədən əvvəl Nobel Mükafatı mərasimi Sovet İttifaqının Macarıstanı işğalına etiraz olaraq sonuncu dəfə 1956-cı ildə ləğv edildi. Mərasim Birinci və İkinci Dünya Müharibələri zamanı da keçirilməmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə