Qarabağda təklif edilən ərazilərdə dəstək göstərəcəyik Məhmət Nuri Ərsoy

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağı, o cümlədən Şuşanı ziyarət edib. Bu bölgələrdə təklif edilən ərazilərdə dəstək göstərəcəyik".

SİA-nın Şanlıurfaya ezam olunan müxbirinin məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib. Onun sözlərinə görə, bir sıra layihələrin həyata keçirilməsini öz üzərimizə götürəcəyik: "Hazırda TİKA ilə birlikdə layihələr dəyərləndirilir. Azərbaycan dövlətinin bizdən istədikləri ilə maraqlanacağıq".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə