Ortaq layihələrə birgə dəstək veriləcək Türkiyəli nazir

"Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə bir sıra görüşlər keçirmişik. Bu görüşlər əsasən arxeoloji qazıntılar və restovrasiya ilə bağlı olub".

SİA-nın Şanlıurfaya ezam olunan müxbirinin məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyənin elmi məlumatlarından və təcrübəsindən yararlanmaq istəyir: "Bütün bunlarla bağlı protokollar hazırlanır. Ortaq layihələrlə birgə dəstək veriləcək. Əsas müzakirə mövzularından biri kadr ehtiyatının sistemli şəkildə hazırlanmasıdır. Eyni zamanda, türkiyəli mütəxəssislərin Azərbaycanın restovrasiya və arxeologiya layihələrində iştirakı ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə