Türkiyənin Şanlıurfa şəhərində 2023-ci ildə keçirilməsi nəzərdə tutulan, neolit dövrünə həsr ediləcək beynəlxalq konfransın “Daş Təpələr” adlı təqdimat simpoziumla bağlı təqdimat mərasimi keçirilib.

SİA-nın Şanlıurfaya ezam edilmiş müxbiri xəbər verir ki, təqdimat mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Nuri Ərsoy Şanlıurfanın bölgənin əsas mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini deyib.

Onun sözlərinə, 2018-ci ildə "Daşlı Təpələr"də aşkarlanan arxeoloji qazıntılar tarixi məlumatları yeniləyib: "Layihə çərçivəsində daha 12 qazıntı işləri aparılacaq, qədim yaşayış məskənlərinə aid olan arxeoloji qazıntılar aşkarlanıb. Hələ də Şanlıurfanın yeddi ərazisində arxeoloji qazıntılar davam etdirilir. Gələcəkdə 20-dən çox qazıntı işlərinin aparılması nəzərdə tutulur. Layihənin 2021-2024-cü illərini əhatə edən ilk mərhələsində daha beş ərazisində qazantı işləri aparılacaq".

Nazir əlavə edib ki, gələn il keçiriləcək beynəlxalq dünya neolit konqresi kimi elmi-praktiki konfranslar, eyni zamanda, ziyarətçilərin qarşılanması, tanıtım məqsədilə sərgi layihələri, nəqliyyat və infrastruktur xərcləri üçün ümumilikdə 127 milyon lira vəsait ayrılacağı nəzərə tutulub.

O qeyd edib ki, layihə çərçivəsində 2019-cu ildə aparılan qazıntıların sayı 20 idi, hazırda ümumi 127 qazıntı aparılır".

Proqramın açılış nitqini Karahantəpəni kəşf edən komandanın rəhbəri professor Necmi Karul çıxışında bir sıra məqamlara aydınlıq gətirib. O qeyd edib ki, çoxmillətli komanda eyni bölgədə eyni vaxtda işləyəcək: "12 min il əvvəl insanların məskunlaşdıqlar bu ərazinin tarixi çox genişdir".

Bələdiyyə sədri Zeynal Abidin isə deyib ki, "Daş Təpələrin " tarixi Misir piramidaları ilə müqayisə olunacaq və onunla rəqabətə girə biləcək bir səviyyədədir."

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə