"Emmy" mükafatının qalibləri bəlli olub

"The Crown" "Emmy"də 24 kateqoriya üzrə mükafata layiq görüldü. SİA TASS-a istinadən xəbər verir ki, "The Crown" (2016 - hal-hazırda), "Ted Lasso" (2020 - hal-hazırda) və "The Queen's Gambit" (2020) serialları "Emmy" Televiziya Mükafatına layiq görülüblər.

73-cü mükafatlandırma mərasimi ötən gün ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilib. "The Crown" 24 kateqoriya üzrə mükafata sahib çıxaraq, ümumi nominasiyalarda lider olub.

"Ən yaxşı komediya seriyası" kateqoriyasında "Ted Lasso" birinci olub.

"Ən yaxşı mini serial" nominasiyasında mükafatı yeddi hissədən ibarət "Queen's move" filmi alıb.

"Emmy-2021"in digər mükafatçıları:

"Ən yaxşı qadın aktrisa dram janrında" - Oliviya Kolman ("The Crown")

"Ən yaxşı kişi aktyor dram janrında" - Coş Okonnor ("The Crown")

"Ən yaxşı qadın aktrisa komediya janrında" - Jan Smart ("Hacks")

"Ən yaxşı kişi aktyor komediya janrında" - Ceyson Sudeikis ("Ted Lasso")

"Ən yaxşı qadın aktrisa mini serialda" - Keyt Uinslet ("Mare of Easttown")

"Ən yaxşı kişi aktyor mini serialda" - Yuen Makqreqor ("Halston")

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika Televiziya Akademiyası (Academy of Television Arts & Sciences - red.) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (National Academy of Television Arts & Sciences - red,) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (International Academy of Television Arts & Sciences - red.) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.



Read more: https://sputnik.az/culture/20210921/427975796/-Emmy-mkafatnn-qaliblrinin-siyahs-blli-olub.html

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...