Şuşa Türk dünyasının mədəniyyət paytaxtı olacaq...

Bir müddət bundan əvvəl, dəqiq desək, sentyabrın 16-da Qədim Xivə şəhərindəki İçənqala Memorial Kompleksində şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə açılış mərasimi keçirilib.

Ötən gün Azərbaycanın mədəniyyət naziri Anar Kərimov "Twitter" səhifəsində bununla bağlı yazıb: “TÜRKSOY-un Özbəkistanın Xivə şəhərində keçirilən 38 -ci nazirlər toplantısında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, həmçinin Qarabağdakı tarix və mədəniyyət abidələrinin məhv edilməsindən, Vətən Müharibəsindən danışdım. Bundan əlavə, Şuşa şəhərini 2023 -cü ildə Türk dünyasının mədəniyyət paytaxtı adına namizəd göstərdim”.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə