Bu maaş sisteminin tətbiqi xalçanın keyfiyyətinə təsir edəcək

Diferensiallaşdırılmış maaş sisteminin tətbiq olunması keyfiyyətin yüksəldilməsinə təsir edəcək. SİA xəbər verir ki, bu barədə “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, bu sistemin tətbiqi ən zəif toxucuların belə daha keyfiyyətli toxumağa başlamasına vəsilə olacaq: “Xalça tətbiqi sənət növüdür. Burada ötəri insanların fəaliyyət göstərməsi mümkünsüzdür. Son məhsul kimi ortaya çıxan xalça ilk növbədə onu toxuyanın simasıdırsa, sonrakı mərhələdə “Azərxalça”nın və təbii ki, ən əsası, Azərbaycanın simasıdır. Ona görə məhsullarımızın keyfiyyətinin yüksəldilməsi imicimizin yüksəldilməsi deməkdir.

Bazarda özümüzə yer tutmaq, mövqeyimizi bərpa etmək üçün yalnız kəmiyyət deyil, bügünkü zövq və tələblərə cavab vermək, yüksək keyfiyyət də olduqca vacibdir ki, bazardakı rəqabətə nəinki tab gətirək, hətta liderliyi ələ alaq”.

“Bu gün “Azərxalça” ASC-yə məxsus emalatxanalarda çalışan toxucular toxunan xalçanın 1 kvadratmetri üçün 250 manat məvacib alır. Bu əvvəldən təyin edilən bir məaələdir. Lakin gələcəkdə toxucuların daha həvəsli çalışması və keyiyyətli məhsullar ortaya qoyması üçün əmək haqqlarının artırılması istiqamətində çalışırıq.

Artıq biz keyfiyyətə nəzarət qrupu yaratmışıq. Onlar anbarlarda olan xalçalarda olan qüsurları müəyyən etməklə yanaşı yeni toxunan xalçalarda bu qüsurların təkrarlanmamasına nəzaərt edirlər. Hazırda əsas istiqamət anbarda olan xalçaların satılmasıdır. Keyfiyyətli xammal, maaş sisteminə ediləcək və keydiyuətə nəzarət qrupunun fəaliyyəti xalçaların keyfiyyətini artıracaq əsas amillərdir”,-deyə o, qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə