Mədəniyyət nazirinin yeni birinci müavini təyin olunub - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. SİA bu barədə Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB