“Nizami Gəncəvi: Şair və Müdrik” kitabı BMT-nin yüksək səviyyəli toplantısında təqdim olunacaq FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi çərcivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovun SİA-ya verdiyi məlumata görə, Mərkəzin həmsədri İsmayıl Seragəldinin müəlifliyi ilə hazırlanan “Nizami Gəncəvi: Şair və Müdrik” kitabı BMT-nın Baş Assambleyası çərcivəsində təşkil olunan XXI ali səviyyəli toplantısında təqdim olunacaq.

Mərkəzin həmsədri xanım Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti xanım Tarya Halonen və baş katib Rövşən Muradov kitabın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, 2012-ci ildə Gəncədə Nizaminin yaradıcılığına həsr olunmuş xüsusi Beynəlxalq Mərkəzin yaradılması, ilk növbədə, böyük müdrik şairin xatirəsinin doğma ölkəsi Azərbaycanda yaşayacağını təmin edəcək. Mərkəzin ikinci, eyni dərəcədə əhəmiyyətli bir missiyası Nizami haqqında kitabları mümkün qədər fərqli dillərdə əlçatan etməklə bu işlər sadəcə davam etdirmək, gələcəkdə daha da gücləndirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə