Özbəkistan portalı Bakının qədim binaları haqqında məlumat yayımlayıb - FOTO
Özbəkistanın “interpress.uz” portalında Bakının “Azadlıq” prospektində yerləşən qədim binalar, onların tarixi haqqında rus dilində material yerləşdirilib. Yazıda bildirilir ki, bundan əvvəl prospekt “Lenin”, “Stanislavski”, “Xalqlar dostluğu” adlanıb və dənizkənarı parkdan başlayaraq Binəqədi rayonuna qədər uzanır. SİA xəbər verir ki, məqalədə Bakı Sabunçu vağzalı, yaxınlıqdakı “28 May” metro stansiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bu binanın tikilməsinin tarixi haqqında söhbət açılır. Vurğulanır ki, bina 1900-cu ildə memar İosif Qaslavskinin layihəsi əsasında tikilib və “Azadlıq” prospektində ən qədim tikililərdən biridir. Əvvəl burada Bakı Texniki Məktəbi olub, sonra bu məktəbin bazasında Azərbaycan Politexnik İnstitutu, daha sonra isə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu yaradılıb.
Yazıda 1826-cı ildə tikilən Sabunçu vağzalının tarixi haqqında söhbət açılır, “Şəfəq” kinoteatrı, hazırda isə Pantomin Teatrı yerləşən qədim bina, “Dostluq”, “Sülh” kinoteatrlarının tikililəri haqqında məlumat verilir. Məqalədə adıçəkilən məkanlarla bağlı 15 fotoşəkil yer alıb.
Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB