Qardaş Türkiyədə baş verən yanğın qəlbimizi yandırır.
Məmləkət alova bürünüb yanır,
Bu eli sən özün qoru, İlahi.
Bu yanan türk eli, türk diyardı,
Bu eli sən özün qoru, İlahi.
Yanır meşələri, külü sovrulur,
Çiçəyi, böcəyi, gülü sovrulur,
Adamın ağzında dili qovrulur,
Bu eli sən özün qoru, İlahi.
Yanır göz önündə canlı nə ki var,
İnsanlar hay salır, qoparır havar.
Düşmən fitnəsindən törəyib nə var,
Bu eli sən özün qoru, İlahi.
Ürəkdə atəşdi, ürəkdə qordu,
Bura mərd oğullar, igidlər yurdu.
Bu eli Bilgələr, Metelər qurdu,
Bu eli sən özün qoru, İlahi.
Çəkilsin od-alov, yox olsun bəla,
Tezliklə bu kabus geridə qala.
Ürək tab edərmi, söylə bu hala?! -
Bu eli sən özün qoru İlahi.
ELNUR ƏBÜLFƏZOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB