Özbəkistan Prezidenti Qazaxıstanın Türküstan şəhərində böyük məscid inşa etdirir
Özbəkistan hədiyyə kimi Qazaxıstanın Türküstan şəhərində 5 min yerlik böyük məscid kompleksi tikir. Burada İslam Mərkəzi, kitabxana və digər obyektlər də olacaq.
SİA Özbəkistan mətbuatına istinadən xəbər verir ki, məscid Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəstəyi ilə inşa edilir.
Nadir şərq memarlığı üslubunda tikilən məscidin inşasında müasir materiallardan istifadə olunur. Məscid digər tikililərlə birlikdə 20 min kvadrat metr sahəni əhatə edəcək.
Kompleksin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB