İran Milli Dəmiryolu "UNESCO"nun Ümumdünya İrs Siyahısına daxil edilib

İran Milli Dəmiryolu "UNESСO"nun Ümumdünya İrs Siyahısına daxil edilib.

SİA-nın" İRNA"ya istinadən verdiyi məlumata görə, qərar "UNESCO"nun Ümumdünya İrs Komitəsinin Fuçjouda (Çin) onlayn formatda keçirilən 44-cü iclasında qəbul edilib.

1400 kilometr uzunluğunda olan xətt "Şimal-Cənub Dəmir Yolu" kimi tanınır və tikintisi barədə qərar 1926-cı ildə təsdiqlənib. Bir il sonra isə İran, Almaniya və ABŞ-dan olan mühəndislər adı çəkilən 1394 kilometrlik xəttin inşasına başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə