Liverpul "Dünya İrs Şəhərləri" siyahısından çıxarılıb

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Böyük Britaniyanın Liverpul şəhərini "Dünya İrs Şəhərləri" siyahısından çıxarıb.
SİA xəbər verir ki, Liverpulun yeni quruluşlar səbəbi ilə fövqəladə universal dəyərini itirdiyini açıqlayan UNESCO Dünya Mirası Komitəsi şəhəri "Dünya İrs Şəhərləri" siyahısından çıxardığını açıqlayıb.
Liverpulun Bələdiyyə Başçısı Coanna Anderson bu qərardan məyus olduqlarını və qərarın ləğvi üçün müraciət edəcəklərini söyləyib.
Liverpul 2004-cü ildən bəri "Dünya İrs Şəhərləri" siyahısındadır. Şəhərdəki altı yer dünya irsi obyektləri olaraq təyin edilmişdi.

Bununla birlikdə, şəhər 2012-ci ildə alınan qərar nəticəsində "Təhlükədəki dünya mirası" siyahısına əlavə edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...