"Salam, Azərbaycan!" və "Şəki - gözəlliyin sehri" adlı kitabların təqdimatı olub

"Salam, Azərbaycan!" və "Şəki - gözəlliyin sehri" adlı kitabların təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini və adət-ənənələrini əks etdirən yüksək səviyyəli çap məhsullarının hazırlanmasının ölkəmizin tanıdılması və təbliği üçün çox önəmli olduğu qeyd edilib.

Bildirilib ki, bu baxımdan "İrs" silsiləsi çərçivəsində hazırlanmış "Salam, Azərbaycan!" və "Şəki - gözəlliyin sehri" adlı kitabları mədəni irsimizin müxtəlif sahələrini əks etdirən və indiyədək hazırlanmış silsilə kitabların ("Azərbaycan inciləri", "Gəncə - Nizami yurdu", "Qədim və gözəl Qarabağ", "Dağ keşikçilər", "Qarabağ. Əsrlərin salnamasə", "Bakı simfoniyası", "Məftun edən şəhər (Şəki)", "Naxçıvan Şərqin əfsanəsi", "Təbrizin sehrli nağılları", "Qobustan - Minilliklərin kitabı", "Qədim Qalanın yuxuları (İçərişəhər)") davamı kimi qiymətləndirilir.

Nəfis tərtibi və yüksək bədii estetik görünüşü ilə fərqlənən "Salam, Azərbaycan" kitabı ölkəmizin tarixini, mədəniyyətini, təbiətini, mətbəxini və dinamik inkişafını özündə əks etdirir.

"Şəki - gözəlliyin sehri" kitabında da artıq iki ildir UNESCO-nun Ümumdünya İRS Siyahısına daxil edilməklə bütün bəşəriyyətin mədəni sərvətləri sırasında öz layiqli yerini almış Xan Sarayı və qədim Şəkinin tarixi ərazisi barədə təfsilatlı məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...