Vətən müharibəsində özüm Ankarada olsam da ruhum dastan yazan əsgərlərimizin yanında idi

44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin möhtəşəm tarixi çıxışlarına qulaq asdıqca, qardaş Azərbaycan xalqının dövlət başçısının ətrafında birləşdiyini, qadağan edilən raketlərə qarşı sinəsini sipər etdiyini gördükcə, qəhrəman ordunun zəfər xəbərlərini yaxından izlədikcə böyük həyəcan hissi keçirirdim. Can Azərbaycanımızın 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməsinin sevinci, xoşbəxtlik və qürurunu mən də yaşadım. Vətən müharibəsində özüm Ankarada olsam da ruhum Qarabağda, dastan yazan qəhrəman əsgərlərimizin yanında idi.
SİA xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı zamanı deyib.
“44 günlük Vətən müharibəsinin sonunda qazanılan tarixi zəfər can Azərbaycanla yanaşı, Türkiyə və Türk dünyasında böyük sevinc, qürur hissi ilə qarşılanıb.
Bu müddət ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi yüksək liderlik, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və xalqın liderinə verdiyi dəstək, eləcə də müasir ordunun göstərdiyi qəhrəmanlıq dost, qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilib.
44 günlük Vətən müharibəsi və başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla rəhbər şəxslərin qardaş Azərbaycana siyasi, diplomatik dəstəyi iki ölkənin birliyini gücləndirib, əlaqələrimizi, həmrəyliyimizi tarixin ən yüksək səviyyəsinə çatdırıb”, - deyə Hulusi Kılıç bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə