“Qədim yurd yerimiz Gədəbəy” filminin təqdimatı olub - VİDEO

“Qədim yurd yerimiz Gədəbəy” filminin təqdimatı olub. SİA-nın xəbərinə görə, təqdimat mərasimindən öncə Millət vəkili, YAP təftiş komissiyasının sədri Sevinc Hüseynova və Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev Gədəbəy şəhərinin mərkəzində Heydər Əliyev mərkəzinin qarşısında ucaldılmış Ümummilli liderimiz Heydər Əliyevin Heykəli önünə çiçək dəstləri düzərək xatirəsini yad ediblər. Sonra Heydər Əliyev Mərkəzinin geniş zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn filimin təqdimatı olub. Təqdimatda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, millət vəkili Sevinc Hüseynova, Gədəbəy rayon ziyalıları və fəal gəncləri iştirak ediblər. Öncə təqdimat mərasiminin iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra “ Qədim yurd yerimiz Gədəbəy” filimi nümayiş etdirilib.

Filmin təqdimatı zamanı çıxış edən foto jurnalist, filimin çəkilişində xüsusi əziyyəti olan Kərəm Nəbiyev illərdir bu cür araşdırmalar apardığını söyləyib.

.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə