“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” - KONFRANS
“Nizami Gəncəvi İli” çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, tezislər [email protected] elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.
Beynəlxalq konfransda iştirak üçün məruzələrin tezisləri Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB